RU
Bakıda havayı
18:58
467

Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcəklər.

Bunu "Caspian European Club"un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: "Wi-Fi xidmətlərindən İçərişəhər və Dənizkənarı Milli Park ərazisində istifadə etmək mümkün olacaq. Bu layihənin əsas məqsədi insanların kütləvi toplaşdığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir".//trendf

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ