Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri arasında xoşagəlməz hal yaşanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə institutun həkimləri - Ağca Abbasova və Fizuli Əliyevin mübahisə etdiyi görünür.
Onlar xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Hadisəni lentə alan Fizuli Əliyev xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib.
Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən onu öldürdüyünü bildirib:
"Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü”.
İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib.
Sosial şəbəkələrdə yayılan videonu təqdim edirik: /Bizim.Media
7NEWS.Az








