Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə Mayıl Bayramov sədrlik edib.
Prosesdə hökm oxunub. Hökmə görə, N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, N.İbrahimli qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub./virtualaz
7news.Az








