RU
Bakıda həmyerlisinin öldürən Mingəçevir sakinin cəzası 3 il azaldılıb
17:47
560

Bakıda həmyerlisinin öldürən Mingəçevir sakinin cəzası 3 il azaldılıb

Bakı Apellyasiya məhkəməsində Mingəçevir ş. sakini Yasin Hüseynovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, İttiham aktına əsasən, ötən il sentyabrın 25-də axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən "Toxuculuq" kombinatının qarşısında, metronun "Ulduz" stansiyasının yaxınlığında Yasin Hüseynov aralarında yaranmış mübahisə zamanı tanışı Rahib Əkbərovun (1991-ci il təv.) bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonra isə hadisə yerindən qaçıb. Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Araşdırmaya başlayan Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları elə həmin gecə şübhəli şəxsi saxlayıb və istintaqa tədim edib.
İş üzrə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, R.Əkbərovun ölümünə almış olduğu xəsarətdən irəli gələn kəskin
qanitirmə səbəb olub.

Saxlanılan Yasin Hüseynov istinataqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Rahib Əkbərovu çoxdan tanıdığını deyən
Yasin onunla bir evdə kirayədə qaldığını və tikintidə fəhlə işlədiklərini bildirib. Sonradan isə Yasin Rahiblə qalmaqdan imtina edib və başqa yerə köçüb. Ayın 25-də onlar "Ulduz" metrostansiyasının yaxınlığında görüşüblər, Rahib dostundan niyə onunla bir yerdə qalmamasının səbəbini soruşduqda Yasın Rahibə, onun arxasınca söyüş söydüyünü deyib. Bu zəmində aralarında mübahisə başlayıb, Rahib Yasinin ünvanına "satqın" dediyinə görə Hüseynov cibindən bıçağı çıxararaq Əkbərovun ayağından bir zərbə vurub. Tutulan şəxs tanışını öldürmək istəmədiyini qeyd edib, zərbəni mərhuma qorxuzdurmaq məqsədi ilə atdığını vurğulayıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olmasını göstərib. Onun sözlərinə görə, əgər həmin gün Rahib onu görüşə çağırıb söz-söhbəti gündəmə gətirməsəydi bu hadisə baş verməzdi. Onun təkidi ilə köhnə məzildən köçməsinin səbəbunu söylədikdə Əkbərov onun arxasınca danışmadığına inandırmağa çalışıb və bununla yanaşı ünvanına söyüş söyüb.

Zərərçəkmiş şəxsin hüquqi varisi hadisə barədə Nərimanov RPİ-dən məlumat veriləndən sonra xəbər tutduqlarını bildirib, onlara məlumat verilib ki, Rahib birlikdə kirayəşin yaşamış Yasın Hüseynov tərəfindən öldürülüb.

Bakı Ağır cinayətlər məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Lakin hökmdən narazı qalan Yasin Hüseynov cəzasının yüngülləşsirilməsi məqsədi ilə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq qərara gəlib ki, Hüseynovun əməli istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunmayıb, buna görə təqsirləndirilən şəxsin əməli CM-nin 120.1-ci maddəsindən 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Qərara əsasən Yasin Hüseynovun cəzası 13 ildən 10 ilə endirilib.

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ