Bakıda intihar hadisəsi baş verib.
7News.Az məlumat verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi R.Allahverdiyev küçəsindəki hərbi şəhərcikdə baş verib. Dünən gecə saatlarında 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. Onun elektrik naqilindən asılı vəziyyətdə qalmış meyiti aşkarlanıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.








