Bakıdakı hipermarketlərdən birində saxta pulla alış-veriş etmək istəyən şəxs tutulub.
7News.Az xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən "Bravo” hipermarketində alıvılardan biri kassaya yaxınlaşarkən satıcı xanıma 100 manatlıq əskinas verib. Satıcı pulun saxta olmasını müəyyənləşdirən kimi mühafizəçi çağırıb. Dərhal həmin şəxs saxlanılıb və polis çağırılıb. Saxta pul verən şəxs 36-cı Polis Şöbəsinə aparılıb. Məlum olub ki, həmin şəxs 1983-cü ildə anadan olmuş Əliyev Murad Şəmsi oğludur.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








