RU
Bakıda hoteldə 33 yaşlı kişi damarlarını doğradı
15:32
501

Bakıda hoteldə 33 yaşlı kişi damarlarını doğradı

Bakıdakı hotellərdən birində 33 yaşlı kişi öz qolunu doğrayıb.

Hadisə Ağa Nemətulla küçəsində yerləşən dördulduzlu "Premier Expo” hotelində qeydə alınıb.

Hotelin hamam otağında 1983-cü il təvəllüdlü Namiq Əliyev qol damarlarını ülgüclə kəsərək intihar etməyə cəhd göstərib.

Çoxlu qan itirən yaralını otağa gəlmiş xadimə aşkar edib.

O, 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

N.Əliyevin intihara cəhd etməsinin səbəbləri araşdırılır./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ