Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.
Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
7News.Az







