RU
Bakıda içkidən zəhərlənən kişi öldü
22:00
372

Bakıda içkidən zəhərlənən kişi öldü

Bakıda yaşlı kişi spirtli içkidən zəhərlənib.

7NEWS.Az-ın lent.az-a istinadən məlumatına görə, hadisə dekabrın 18-də gecə saatlarında qeydə alınıb. Ad soyadı hələlik bilinməyən təxminən 60-70 yaşlarında kişi spirtli içkidən zəhərlənərək ölüb.

Onun Kliniki Tibbi Mərkəzdə öldüyü bildirilir.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib ki, dekabr ayının 17-si axşam saat 6 radələrində Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən naməlum şəxsin vəziyyəti çox ağır olub. Xəstənin spirtli içkidən zəhərlənməsi ilə yanaşı güclü soyuqdəyməsi olub.

Onun küçədə yaşayan şəxs olması ehtimal edilir.

Vəziyyəti çox ağır olduğundan, dekabr ayının 18-i səhər saatlarında dünyasını dəyişib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ