RU
Bakıda iki bacı dəm qazından boğuldu
11:10
295

Bakıda iki bacı dəm qazından boğuldu

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

Bakupost-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən 34 nömrəli binanın 4 nömrəli mənzilində qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.
 
Araşdırmalar zamanı məlum olub ki, bacılar Qax rayonundan gələrək Bakıda yerləşən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ