BPİ məlumat yaydı.
Bakıda iki dələduz, bir cibgir tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Amil Şahməmmədov tutulub.
Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Məhəmməd Quliyev tutulub.
Nəsimi RPİ CAŞ və PPXB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Rüstəm Sadıqov tutulub və onun üzərindən 6,485 qram tiryək götürülüb./oxu
7news.az








