Bakıda iki kişi müəmmalı şəkildə yoxa çıxıb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilir ki, Mingəçevir şəhərinə qonaq gəlmiş Ramin adlı şəxs 31 yanvar 2021-ci ildə saat 17:00 radələrində Mingəçevir kənd sakini Səfixan adlı qayıqçının idarə etdiyi motorlu qayıqdan yoxa çıxıb. Aparılan araşdırılmada qayığın aşmadığı, qəzaya uğramadığı, Kürün sahillində qamışlıqda tapıldığı deyilir. İki günün axtarışları hələki nəticəsizdir. Səfixan və Ramini yoxa çıxması səbəbi məlum deyil.
Qeyd edək ki, Bakı şəhəri sakini olmuş Ramin Sadıqbəyli 2020- ci sentyabrın ortalarında ikinci Qarabağ müharibəsi ilə bağlı səfərbərliyə alınmış, Qubadlı- Zəngilan bölgəsinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu il yanvarın əvvələrində evə buraxılmışdı.








