Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb.
Bu barədə 7NEWS.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, Neftçilər prospektində Kukla teatrının qarşısında aparılan təmir-qazıntı işləri Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində sıxlığa səbəb olub.
7NEWS.Az







