RU
Bakıda iki nəfər maşında güllələndi - YENİLƏNİB + FOTO
10:00
450

Bakıda iki nəfər maşında güllələndi - YENİLƏNİB + FOTO

Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb.

APA-nın məlumatına görə, "Niva” markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

23:58

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. 

APA xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb. 

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı "VAZ 2121” ("Niva”) markalı avtomobilində tapança ilə güllələnib.  

 

Ona ümumilikdə üç güllə vurulub.  

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Fakt araşdırılır. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ