RU
Bakıda iki qadın bıçaqlandı
11:10
414

Bakıda iki qadın bıçaqlandı

Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun rəfiqəsi 1985-ci il təvəllüdlü Mikayılova Elnarə Yanar qızı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ