RU
Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət alıb
11:20
479

Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət alıb

Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib.

Hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb.

Universitet tələbələri - 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yerə yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb.

 

Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ