Bakıda adam oğurluğu hadisəsi baş verib. Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 29 yaşlı R. Şıxəliyevanın oğlu iki yaşlı Məhəmməd naməlum qadın tərəfindən oğurlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.