Bakıda ikimərtəbəli binada yanğın olub.
Yanğın Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə qeydə alınıb.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək./report
7NEWS.Az








