Bakıda insan alverində təqsirləndirilən Ülviyyə Həsənovaya hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
7NEWS.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İttihama görə, Ü.Həsənova 2016-2018-ci illərdə üç azərbaycanlı qadına yüksək maaş vəd edərək onları Türkiyəyə yollayaraq cinsi istismara məruz qoyub.
Eyni zamanda o, qadınların kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları onların yaxın qohum və tanışları arasında yayıb, rüsvay edəcəyi ilə hədələyib.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulan Ü.Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.
7NEWS.Az







