RU
Bakıda intihar hadisəsi — Özünə qəsd edən şəxsin meyiti evində tapıldı
13:40
529

Bakıda intihar hadisəsi — Özünə qəsd edən şəxsin meyiti evində tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Mövsüm Mustafayevin meyiti asılmış vəziyyətdə aşkar edilib.

Tapılan şəxsin intihar etdiyi məlum olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1962-ci il təvəllüdlü Mustafayev Mövsüm Bağır oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. 
 
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ