RU
Bakıda İNTİHAR: Kişi özünü güllələdi
11:58
294

Bakıda İNTİHAR: Kişi özünü güllələdi

Bakıda 57 yaşlı kişi tapançadan başına atəş açaraq özünü öldürüb.

7News.az-ın xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Dadaşov İldırım Rza oğlu intihar etmək məqsədilə yaşadığı evdə "Makarov" markalı tapanca ilə başına atəş açıb. İ.Dadaşov hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.//big
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ