RU
Bakıda İran kino həftəsi başlayır
15:39
1046

Bakıda İran kino həftəsi başlayır

İran İslam Respublikasının Azərbaycadakı səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İran kino həftəsi keçiriləcək. 

İranın Bakıdakı səfirliyindən verilən məlumata görə, açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində təşkil olunacaq.

İran kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də isə “Nəqqaşlıq hovuzu” filmləri nümayiş olunacaq.

Bütün filmlər Nizami Kino Mərkəzində saat 19:00-da başlayacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ