RU
Bakıda iranlı qızların olduğu
11:13
442

Bakıda iranlı qızların olduğu "London taksi"si beton lövhəyə çırpıldı: YARALILAR VAR

Bu gecə Bakıda "London taksi"si qəzaya düşüb.

7News.az xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi "London TX 4" markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları, 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb.
 
Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və "Bulvar" oteldə qalırlar.
 
Faktla bağlı araşdırma aparılır.//lent

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ