RU
Bakıda italiyalı menecer qadını vurub xəstəxanalıq etdi
14:11
556

Bakıda italiyalı menecer qadını vurub xəstəxanalıq etdi

Bakıda xarici ölkə vətəndaşı yol qəzası törədib.

İtaliya vətəndaşı, 1987-ci il təvəllüdlü Aurilia Ernesto Vinçenza idarə etdiyi "Hyundai Tucson" markalı avtomobillə Rəşid Behbudov küçəsində piyada qadını vurub. Ayaqları sınan 1952-ci il təvəllüdlü Məmmədova Raisa Kirilovna "Medclub" xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, qəzanı törədən italiyalı keçən ildən Bakıda yaşayır və özəl şirkətlərdən birində menecer vəzifəsində çalışır./Lent.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ