Bakıda itkin düşən azyaşlı tapılıb.
7News.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonunda olub. 2015-ci il təvəllüdlü Emil Nəzərli rayon ərazisindəki parkda nənəsi ilə gəzərkən itkin düşüb.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı rayon ərazisindəki "Koala park"dan tapılıb. Uşaq ailə üzvlərinə təhvil verilib.
7News.Az








