RU
Bakıda itkin düşmüş kişinin asılmış meyiti tapılıb
16:33
427

Bakıda itkin düşmüş kişinin asılmış meyiti tapılıb

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1982-ci il təvəllüdlü Əşrəf Səfərov özünü kəndirlə işıq dirəyindən asaraq intihar edib.

Qeyd edək ki, Ə.Səfərov itkin düşmüş kimi qeydiyyatda olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ