RU
Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb - YENİLƏNİB
11:20
107

Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb - YENİLƏNİB

Bakıda itkin düşmüş yeniyetmə bacılar tapılıb.

Onlar yaşadıqları ünvana qeri qayıdıblar.

Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər.

Hazırda onların vəziyyəti normaldır.

09:08
Bakıda yeniyetmə bacılar itkin düşüb.

Hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Şəfiqə Abdullayeva və onun bacısı, 2008-ci il təvəllüdlü Arzu Abdullayeva yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar.

Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ