RU
Bakıda jurnalistin maşınından oğurluq edilib – VİDEO
14:20
703

Bakıda jurnalistin maşınından oğurluq edilib – VİDEO

Bakıda "Xəzər” televiziyasının əməkdaşının maşınından çantası oğurlanıb.

7News.az-ın məlumatına görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında, "Oskar” mebel salonunun qarşısında qeydə alınıb. 

Bu haqda zərərçəkən jurnalist Ülkər Qasımqızı öz sosial media hesabında oğurluq hadisəsinin başvermə anınının görüntüsünü paylaşıb.

O bildirib ki, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: 

"Buna nə ad verəsən? Mebel almaq üçün salona girmişdik. Bu vicdansız sanki öz maşını imiş kimi qapını açıb və çantamı oğurlayaraq qaçıb. Kameranın varlığından bixəbər olan bu "ağıllı”nı polis axtarır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ