RU
Bakıda kafedə dava, üç nəfər bıçaqlanıb
20:15
337

Bakıda kafedə dava, üç nəfər bıçaqlanıb

Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür” kafesində dava düşüb. 

7news.Az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.

Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ