RU
Bakıda “Kalaşnikov” avtomatı gizlədən şəxs saxlanılıb
17:00
105

Bakıda “Kalaşnikov” avtomatı gizlədən şəxs saxlanılıb

Bakının Suraxanı rayonunda qanunsuz "Kalaşnikov” avtomatı gizlədən şəxs saxlanılıb.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.

Əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd "Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb. Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ