RU
Bakıda kanalda 53 yaşlı kişinin meyiti tapılıb
19:03
105

Bakıda kanalda 53 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda, su kanalında aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dfən 7NEWS.Az-a verilən xəbərə görə, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1969-cu il təvəllüdlü Mehdiyev Məhəmməd Nəriman oğlunun meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ