Karlo Saynts 351 km/saat sürətə nail olub.
Bakıda keçirilən Avropa Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb.
7news.Az-ın Report-a istinadən məlumatına görə, ən yaxşı göstərici ilk yürüşdə olduğu kimi yenə də “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur.
Bu dəfə 31 yaşlı pilot 1:44.223 dəqiqəlik göstərici nümayiş etdirib.
L.Hamiltonu 1:44.913 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyir. Üçüncü pillədə 1:45.336 dəqiqə ilə “Sahara Force İndia”ın pilotu Serxio Peres qərarlaşıb.
Yürüşün ən yüksək göstəricisi “Scuderia Toro Rosso”nun pilotu Karlo Sayntsın aktivinə yazılıb. 22 yaşlı pilot 351 km/saat sürətə nail olub.
7news.Az








