RU
Bakıda keçmiş deputatlığa namizədi maşın vurub
19:52
362

Bakıda keçmiş deputatlığa namizədi maşın vurub

Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.

 

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, "Aqata” şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu maşın vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə "Qarabağ” bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.//Report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ