RU
Bakıda köhnə və yeni mənzillər arasında qiymət fərqi 5 dəfə azalıb – ARAŞDIRMA
22:30
558

Bakıda köhnə və yeni mənzillər arasında qiymət fərqi 5 dəfə azalıb – ARAŞDIRMA

Paytaxt ərazisində 2013-cü ildən 2016-cı ilin sonuna kimi təkrar mənzil bazarında yeni və köhnə tikili mənzillərin arasındakı olan qiymət fərqi təxminən 5 dəfə azalaraq 3% təşkil edib.

7news.Az bu barədə "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara istinadən xəbər verir. 

"Təkrar mənzil bazarı – köhnə və yeni tikilmiş mənzillərə bölünür. Köhnə tikili mənzillər – "stalinka”, "xruşovka”, "brejnevka” və s. layihələrdən ibarətdir, yeni tikililər isə son 10 il ərzində tikilən binalardır.

Ənənəvi köhnə tikili mənzillərin qiyməti yeni tikili mənzillərdən baha olub və arasındakı olan qiymət fərqi 15-20% təşkil edirdi. 

Hal-hazırda bu qiymət fərqi 3% təşkil edir: diaqramda göründüyü kimi, Bakı şəhəri üzrə 2013-cü ildən 2016-cı ilə kimi yeni və köhnə tikili mənzillər arasındakı olan qiymət fərqi ildən-ilə azalır. 

Belə ki, 2013-cü ildə Bakı şəhəri üzrə köhnə tikili mənzillərin yeni tikili mənzillərdən 16% bahalı olduğunu müşahidə edirik, 2016-cı ildə isə bu göstərici 3% təşkil edib. 

Qiymət fərqinin enmə tendensiyası yeni tikili mənzillərin xeyrinə olduğu zaman – tələbatın qlobal dəyişməsinə səbəb ola bilər – yəni ki, yeni, müasir və keyfiyyətli mənzillərə tələbat çoxalır, lakin köhnə tikili mənzillərə isə tələbat tədricən azalır”, - deyə birlikdən qeyd edilib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ