RU
Bakıda “Kia” ilə ölümə səbəb olan sürücü SAXLANILDI
21:10
464

Bakıda “Kia” ilə ölümə səbəb olan sürücü SAXLANILDI

Bakıda yol nəqliyyat hadisəsi törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Qala qəsəbəsi ərazisində Xəzər Həsənovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Kia” markalı avtomobillə törədildiyi məlum olub.

Müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini R.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ