RU
Bakı sakini arvadını güllələyərək öldürdü — YENİLƏNİB
15:10
880

Bakı sakini arvadını güllələyərək öldürdü — YENİLƏNİB

 

Bakıda ehtiyatsızlıq faciə ilə nəticələnib.


Bakı şəhər Prokurorluğundan 7news.Az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Kərimov Həbib Yusif oğlunun odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəş onun həyat yoldaşı, 1980-cı il təvəllüdlü Kərimova Səbinə Fərhad qızının qarın nahiyəsinə dəyib.
 
S. Kərimova aldığı xəsarətdən dünyasını dəyişib.
 
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir. 
 
H. Kərimov şübhəli şəxs qismində saxlanılıb.
 
 
----

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.

Hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ