RU
Bakıda kişi idman zalında məşq edən zaman öldü
19:00
1333

Bakıda kişi idman zalında məşq edən zaman öldü

Bakıda idman zalında ölüm hadisəsi baş verib.

Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən idman zallarından birində qeydə alınıb.

1983-cü il təvəllüdlü Həsən Quliyev idman zalında məşq edən zaman qəflətən halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin briqada çatana kimi Həsən Quliyev keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər./apa


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ