Bu gün Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.
Hadisə Seymur Məmmədov küçəsində qeydə alınıb. Əhmin küçədə yaşayan 45 yaşlı kişi özünü asıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin araşdırmalar zamanı intihar etdiyi təsdiqlənib.
Səbail rayon Polis İdarəsi 41-ci olis bölməsindən Ölkə.Az-a bildirdilər ki, hadisə ilə bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.
7news.Az








