RU
Bakıda kişiləri tovlayan qızlar peyda olub
09:53
1020

Bakıda kişiləri tovlayan qızlar peyda olub

Bakıda fırıldaqçı qızlar peyda olub.

İki cavan qız kişi sürücülərin mərhəmətinə sığınaraq pul əldə edirlər.

Gürcüstandan olan iki qız yolda maşını saxlayaraq benzinin bitdiyini və onlara köməklik edilməsini xahiş edir. Sürücülər benzin vermək istəsə də, onlar pul tələb edirlər.

''Azneft'' meydanı yaxınlığında həmin qızlar ona əl edərək saxladıb. Benzininin bitdiyini deyərək köməklik istəyib. Öz növbəsində, ona benzin vermək istəsə də, qızlar israrla pul verməsini xahiş edib.

Ondan 5 manat alandan sonra maşınına əyləşərək yoluna davam edib. Sonra isə yanacaqdoldurma məntəqəsinə deyil, ticarət mərkəzinə giriblər.

Qeyd edək ki, bir müddət əvvəl cavan oğlan eyni usulla sürücülərdən pul tələb edirdi./criminal

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ