RU
Bakıda kişini dostu bıçaqladı
11:40
426

Bakıda kişini dostu bıçaqladı

Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb.

Hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ələt qəsəbəsində 1963-cü il təvəllüdlü Əbilov Zülfüqar Cavad oğlu dostu ilə mübahisə edib. Mübahisə zamanı dostu (hələlik adı açıqlanmır) Z.Əbilova iki bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ