RU
Bakıda
11:42
1354

Bakıda "Kızkaçıran"ın təqdimatı oldu

Türkiyə istehsalı olan “Kızkaçıran” filminə Bakıda baxış keçirilib. 

Nizami Kino Mərkəzində baş tutan tədbirdə ekran işində rol alan aktrisa Könül Nağıyeva, filmin rejissoru Korhan Uğur, prodüser Serpil Altın iştirak edib. 

K.Nağıyeva ekran işi ilə bağlı açıqlama verib, obrazından danışıb:

“Çox həyəcanlı və xoşbəxtəm. Filmi ailəmlə birlikdə izləməyə gəldik. Türkiyədə böyük qala keçirildi. Bakıda hazırda bu cür təqdimatlar çoxdur. Ona görə də qərara gəldik ki, böyük qala keçirməyək. Kamran Ağabalayev hazırda başqa filmə çəkilir. Ona görə də bu gün məni tək qoydu. 

Ekran işində mafiya başçısının qızı obrazını canlandırmışam. Ərim məni tərk edib, silah götürüb Türkiyəyə gəlmişəm. Filmdə də adım Könüldür”.

Qeyd edək ki, “Kızkaçıran”da türkiyəli aktyorlar Emir Benderlioğlu, Ceren Benderlioğlu rol alıb./axsam.az
 
7News.Az
 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ