RU
Bakıda körpü üzərində qəza baş verib: Xəsarət alanlar var - FOTO
10:10
249

Bakıda körpü üzərində qəza baş verib: Xəsarət alanlar var - FOTO

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə aeroport şosesindəki körpünün üzərində baş verib.

Natiq Əzimov idarə etdiyi Vaz-21015 markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsini eyni istiqamətdə gedən Pərviz İbadova məxsus "Kia” markalı maşına çırpıb. Qəza nəticəsində hər iki sürücü və Vaz-21015-də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.

Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ