RU
Bakıda küçədə kişi meyidi tapıldı
22:30
728

Bakıda küçədə kişi meyidi tapıldı

Bakının Yasamal rayonunda kişi meyiti aşkarlanıb.

7news.Az Report-a istinadən xəbər verir ki, hadisə A.M.Şərifzadə küçəsi ev 10 ünvanda qeydə alınıb.

Həmin ünvanda Bakı şəhər sakini 1966-ci il təvəllüdlü Ələkbər Abbasovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün Ə.Abbasovun meyiti Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ