RU
Bakıda küçədə külli miqdarda civə aşkarlandı
13:29
291

Bakıda küçədə külli miqdarda civə aşkarlandı

Bakıda zibillikdə külli miqdarda civə aşkarlanıb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Rayonun 80 saylı MKİS-inin sahə nəzarətçisi, 1966-cı il təvəllüdlü Əzizov Teyyub Əmirxan oğlu Binəqədi rayonu, S.Sani Axundov küçəsi, 3 ünvanının qarşısında təmizlik işləri apararkən içərisində civə olan 0,5 litrlik şüşə qab aşkarlayıb.

O, dərhal hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verib.

Polis əməkdaşları hadisə yerinə gələrək 0,5 litrlik civəni müvafiq qaydada qablaşdıraraq götürüb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ