Paytaxtın Yasamal rayonu ərazisində bir qadının zorla avtomobilə mindirilməsi ilə bağlı görüntülər yayılıb.
Sözügedən görüntüləri bloger Saleh Nəsirov şəxsi hesabında paylaşıb.
Görüntülərdə küçədə bir qadının iki nəfər tərəfindən zorla avtomobilə mindirildiyi əks olunub.
Qadın qışqırıb və avtomobildən çıxmaq istəsə də, həmin şəxslər təzyiq göstərib, avtomobilə mindiriblər.








