RU
Bakıda küçənin ortasında oğurluq
14:11
431

Bakıda küçənin ortasında oğurluq

Saxlanılanlar arasında 16 yaşlı gənc də var.

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən 7News.Az-a daxil olan məlumata görə, naməlum şəxslər yanvarın 31-də M.Cəlal küçəsində Bakı şəhər sakini Cümşüd Hüseynbəylinin mobil telefonunu əlindən alıb qaçıblar.

Nəsimi RPİ 19-cu PB və ÇPA əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1995-ci il təvəllüdlü Pərviz Hüseynli, 1999-cu  il təvəllüdlü Tunar Şahməmmədli və 2000-ci il təvəllüdlü Fariz Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ