RU
Bakıda “Lexus” yandı, tıxac var - Foto
19:49
567

Bakıda “Lexus” yandı, tıxac var - Foto

Bakıda minik avtomobili yanıb.

7news.Az xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

90 KU 667 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobil prospektdə hərəkətdə olarkən qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası gəlib. Avtomobil söndürülüb.

Hadisə Z.Bünyadov prospektində böyük tıxaca səbəb olub.
 
7news.Az
Bakıda
Bakıda

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ