Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli liseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 m2 olan akt zalında kondisioner və 8 ədəd bir-birinə bitişik oturacaqlar yanıb.
7News.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub.
Lisey binası yanğından mühafizə edilib.
Yanğın söndürülüb.//milli.az
7News.az








