Bakıda minik avtomobilinin yanmasının görüntüləri yayılıb.
Video sosial şəbəkədə paylaşılıb.
Görüntülərdə "Mustang” markalı avtomobilin yanması, hadisə yerinə polis və yanğınsöndürmə əməkdaşlarının cəlb edilməsi əks olunub.
12:28
Bakıda avtomobil yanır.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.
"Avtomobil yolunda nəqliyyat vasitəsi yanır. Bu səbəbdən də hazırda Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var”, - məlumatda qeyd edilib.








