RU
Bakıda ölümə
22:20
262

Bakıda ölümə "gəl-gəl" deyənin qətli... - Müəmmalı hadisə

Bakıda tanışını qətlə yetirməkdə təqsirli bilinən Yaşar Ədürəhmanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Binəqədi rayonu ərazisində baş verib. 1947-ci il təvəllüdlü Yaşar Əbdürəhmanov aralarında yaranan mübahisə zamanı tanışı 1950-ci il təvəllüdlü Mirhəsən Mustafayevi bıçaqlayaraq qətlə yetirib.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayər Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Yaşar Əbdürəhmanov saxlanılıb.

O, iş üzrə dindirilən zaman ifadəsində bildirib ki, 1970-ci ildə ailə həyatı qurub və nikahdan iki övladı dünyaya gəlib. 1986-cı ildə ailəsindən ayrılıb tək yaşamağa başlayıb, təqaüdçüdür. Mirhəsən Mustafayevlə şirkətdə sürücü işləyən zaman tanış olub. Tanışı ona yaşadığı həyətdə olan birotaqlı evi kirayə verib. 

Günlərin bir günü Mirhəsən ondan evdən çıxmağı tələb edib. O da bir söz demədən evi tərk edib.

Sentyabr ayında tanışı ona zəng edərək yenidən həmin evə qayıtmağı təklif edib. O da başqa ev tapmadığı üçün razılaşıb. Amma 5-6 gündən sonra aralarında mübahisələr başlayıb. 

Belə ki, Mirhəsən ondan elektrik enerjisindən və qazdan az istifadə etməsini tələb edib. Onu "təhqir etmək üçün hər dəfə bir bəhanə axtarıb". 

Oktyabrın 1-də səhər yemək hazırlayarkən ev sahibi içəri daxil olub qazı söndürüb və ondan çıxıb getməsini tələb edib. Ünvanına nalayiq ifadələr işlədib, döşəmə yuyan taxtanı götürüb üstünə gəlib. Tanışının kobud davranışına artıq dözə bilməyib, masada olan bıçağı götürərək Mirhəsənə xəsarətlər yetirib. 

"Səhər-səhər gəldi, heç nədən dava salmağa başladı. Söyüş söydü. Sonra "pol ağacı"nı götürüb gəldi üstümə. Mən də stolun üstündən bıçağı götürüb vurdum onu".

Yaşar Əbdürəhmanov ifadəsinin davamında bildirib ki, daha sonra Mirhəsən yaralı halda evdən çıxıb çölə qaçıb. Küçədə ona çataraq bıçaqla tanışına ardıcıl zərbələr endirib. 

"Evdən çıxıb küçəyə qaçdı. Çatıb ayağına badalaq vurdum, yıxıldı yerə. Yadımda deyil, artıq bədəninə neçə dəfə bıçaq vurdum. Axırda da soxdum boğazına ki, artıq ölsün".

Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Mustafayev ifadəsində göstərib ki, atası iki dəfə ailə həyatı qurub. Yaşar Ədbürəhmanovu uşaqlıqdan tanıyır. O, bir vaxtlar onlarla qonşuluqda yaşayıb. Həmiçinin atası ilə bir yerdə işləyiblər. Sentyabr ayında Yaşar bir neçə gün onun evində qalıb. Lakin sonra ondan xahiş edib ki, özünə başqa ev tapsın. Yaşarla atasının münasibətləri yaxşı olub. Atasının şəxsən onu təhqir etməsini görməyib. Hadisənin hansı səbəbdən baş verməsi haqqda məlumatı yoxdu.

Məhkəmə prosesi zamanı Yaşar Ədbürəhmanov ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib.

Sonda məhkəmənin hökmü ilə Yaşar Ədbürəhmanov CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ